23.11.2024, 04:03
AZ EN
18.04.2024, 12:42 295

Baş redaktor baş naziri kəndirbaz hesab edir

XƏBƏRLƏR

"Hraparak"ın baş redaktoru Armine Ohanyan bu gün paylaşılmış "İnanmayın" başlıqlı məqaləsində yazır ki, Ermənistanın baş naziri həmişə bir addım irəli, iki addım geri atmaqla kəndirbazlıq edir. O nə dediyini, nə etdiyini bilmir. NATO-nun, Avropa İttifaqının rəsmiləri, Fransanın prezidenti onu gülərüzlə qarşılasalar da, barəsində xoş sözlər desələr də, Ermənistana daim dəstək verəcəklərini bildirsələr də inanmayın ki, belə olacaq. Ermənistanın və erməni xalqının mənafeyinə uyğun hadisələr baş verəcəyinə də inanmamağı tövsiyə edən baş redaktor bildirib ki, hakimiyyət dəyişməsə xoş həyat mümkün olmayacaq. O, sonda bu hakimiyyəti dəyişməyə isə ölkədəki müxaliflərin gücünun olmadığını vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər