22.11.2024, 04:21
AZ EN
07.01.2024, 11:00 302

Revanşçı erməniləri ölmüş toplum adlandırır

XƏBƏRLƏR

Artıq tarixin zibilliyinə atılmış separatçıların özünü sabiq mətbuat sözçüsü adlandıran Senor Həsrətyan adlı "polkovnik" FB səhifəsindəki paylaşımında dünyada özündən razı, əməli ilə dediyi uyğun gəlməyən, gələcəyinin altına minalar qoyulmuş bir xalq var. Bu xalqa mənsub olduğuna görə xəcalət çəkdiyini vurğulayan türk soyadlı bu erməni daha sonra bildirir ki, ermənilər daxilən bir, üzdə isə başqa cür toplumdur və öz ölümünü gözləyir. İsa peyğəmbərin də düzəldə bilməyəcəyi bu kütlə ölüm, yox olma təhlükəsinə də biganə yanaşır, yenə də yalanlarla nəfəs alır. Bəhs etdiyi toplumun məhv olmaqdan  xilas yolunu birləşib müharibə etməkdə görən bu separatçı revanşçı, görünür, unudub ki, ölü heç vaxt dirilmir.

Xəbər "Hraparak"ın bu günkü yayımında paylaşılıb.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR