Simonyan parlamentdə brifinq zamanı jurnalistlərlə yaranmış məsələnin həll edilməsinin mümkün olduğunu bildirib.
Erməni spikerin fikrincə, Ermənistan tərəfi öz maraqlarını qorumalıdır və bunun alternativi yoxdur:
“Moskva ilə İrəvan silahların tədarükü məsələsi həll oluna bilər. Rusiya tərəfinin öz prinsiplərinə və imzaladığı sənədlərə sadiq qaldığını göstərmək şansı var”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyanın bəyanatına əsasən, ölkəsi Rusiyadan silah alınması üçün göndərilən pulun müqabilində sursatların hələ də tədarük olunmadığı səbəbindən məhkəməyə müraciət etmək niyyətində deyil.
Bunun ardınca Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayıb.
Xatırladaq ki, bir müddət öncə Ermənistan hakimiyyəti Rusiyaya pul vəsaitlərin köçürüldüyü müqavilə üzrə silah və hərbi texnikanın tədarük edilmədiyini bəyan edib.
Dəqiq məbləğ rəsmi olaraq açıqlanmayıb, bəzi mənbələrə görə bu, təxminən 250 milyon dollar, digərlərinə görə isə təxminən 400 milyon dollardır. (APA)