20.09.2024, 01:31
AZ EN
25.10.2023, 18:33 187

Mirzoyan: “3+3” formatı regional problemlərin müzakirəsi üçün əlverişli platformadır”

XƏBƏRLƏR
  • “3+3” formatı regional problemlərin müzakirəsi üçün əlverişli platformadır”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı deyib.

“Bu platforma regionun digər ölkələri ilə kommunikasiya qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır. Regionda nəqliyyat kommunikasiyaların açılmasına gəlincə, Ermənistan bunda maraqlıdır və bununla bağlı yanaşması dəyişməyib”, - o vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçirilib. Bu formatda növbəti görüş 2024-cü ilin birinci yarısında Türkiyədə baş tutacaq. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR