31.05.2025, 23:25
AZ EN
27.09.2023, 18:00 248

Zaxarova Qarabağdakı sülhməramlıları təriflədi

XƏBƏRLƏR
  • “Qarabağda vəziyyət ağır olaraq qalır və Rusiya tərəfi əhalinin normal həyatını təmin etmək üçün fəaliyyətini davam etdirəcək”.

“Vətən səsi” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı danışarkən deyib. O, Xankəndi şəhəri yaxınlığında baş vermiş partlayışda ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

“Rusiya sülhməramlıları yanğının söndürülməsində fəal iştirak edib və zərərçəkənlərə yerindəcə tibbi yardım göstərib, onları Ermənistanda müalicə olunmaq üçün helikopterlə təxliyə ediblər. Sülhməramlılar regionda sabitləşdirici rol oynayır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Elxan SALAHOV

Oxşar xəbərlər