27.07.2024, 14:47
AZ EN
19.09.2023, 12:53 274

Qanlı stulda oturan həbs edilib

XƏBƏRLƏR

Erməni politoloq Qarnik Davtyan İrəvanın Azadlıq meydanında oturaq aksiya keçirdiyinə görə polis tərəfindən saxlanılıb. Buna səbəb isə onun meydana qanlı stul gətirərək jurnalistlərə - "məqsədim ictimaiyyətə məlumat verməkdir ki, Ermənistan indi yarım ölü durumundadır. Ona görə də bu gün özümlə etiraz əlaməti olaraq qanlı stul gətirdim. Nikolun apardığı siyasət nəticəsində biz bu durumdayıq. Bu qanlı stul 44 günlük müharibənin simvoludur"- deməsi olub. O əlavə edib ki, belə vəziyyət  davam edərsə hamımız 44 günlük müharibədə həlak olanların davamçısı ola bilərik.

Xəbəri "Hraparak"am müxbiri Karen Martirosyan yayıb.

N.Qaramanlı

Oxşar xəbərlər