"Hraparak" yazıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 10-cu diviziyanın komandiri general-mayor Qreqori Andersonu və ABŞ quru qoşunlarının Avropa və Afrika ölkələri üzrə qərargah rəisinin operativ hissə üzrə müavini, briqada generalı Patrik Elisi təmtəraqla qarşılayıblar. Əlavə edilib ki, həmin generallar ABŞ-ın səfiri Kvinlə birgə "Zar" hərbi tədris mərkəzində "Qartal həmkar" təlimini izləyiblər. O da vurğulanıb ki, "Qartal həmkarlar" sülhməramlı hərbi manevrləri sentyabrın 11-başlayıb və 20-dək davam edəcək. Bu təlimdə 85 ABŞ,175 Ermənistan hərbçisi iştirak edir. General-mayor Q.Anderson bildirib ki, Ermənistanla hərtərəfli əlaqələr mövcuddur. Birləşmiş Ştatlar Ermənistanın silahlı qüvvələrini dəstəkləməklə onun döyüş qabiliyyətinin artmasında, həmçinin nüvə silahının yayılmamasında maraqlıdır.
N.Qaramanlı