- "Hraparak" bu günkü yayımında bir il öncə baş vermiş erməni təxribatı və Azərbaycan ordusunun növbəti uğuru barədə maraqlı məqalə dərc olunub. Qeyd olunub ki, 2022- ci il sentyabrın 13-də baş vermiş döyüşlərdə Azərbaycan ordusu Gorus, Zod, Ardanış, Basarkeçər və Cermuk istiqamətində irəliləyərək ümumilikdə 7,5 km enində, 8,5 km dərinliyində ərazini ermənilərdən təmizləyib. Ermənilər isə həmin əraziləri özlərinin suveren əraziləri hesab etməklə 1 ildir ki, ağlaşma içindədir.
Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatillərindən olan Seyran Ohanyan bildirib ki, ötən ilin 13-14 sentyabrındakı döyüşlərdə Azərbaycan ordusu ermənilərin 50 döyüş məntəqəsini tutub və hazırda orada qərarlaşıb.
N.QARAMANLI