20.10.2024, 07:57
AZ EN
08.09.2023, 15:00 202

Samvel Babayanın namizədliyi qeydə alındı

XƏBƏRLƏR
  • "Hraparak"ın günorta verdiyi xəbərə görə, bu gün separatçıların "parlamentində" general-mayor Samvel Babayanın da "prezidentliyə namizədliyi" qeydə alınıb. Buna qədərsə onun son on ildə Qarabağda yaşamadığı faktına görə "namizəd" ola bilməyəcəyi vurğulanırdı.

Xatırladaq ki, bu gün separatçıların "parlamentində" namizədlərlə bağlı dinləmələr olub. Sabah saat 11-də isə "xüsusi" iclasda "prezident" seçilməsi qərara alınıb. Mənbə əlavə edib ki, Xankəndidə siyasi ab-hava kritik həddə çatıb və silahlı qarşıdurma istisna deyil.

N.Qaramanlı

Oxşar xəbərlər