22.01.2025, 19:50
AZ EN
22.01.2025, 16:43 140

Vəkil sudan quru çıxmağa çalışır

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, hakim parlamentin salonunda "Vətəndaş müqaviləsi" partiyasının qapalı iclası olub. İclasda partiyadan ali məhkəmə şurasına yeganə namizəd Aleksandr Simonyanın çıxışı da dinlənilib. O, namizədliyinin geri götürülməsini xahiş edib və bildirib ki, əgər seçilərsə qanuna görə partiyadan istefa verməlidir. Amma partiyada qalıb siyasi fəaliyyətini davam etdirmək istəyindədir.

"Hraparak"ın müxbiri Hasmik Babacanyan isə həqiqətin belə olmadığını, vəkilin sudan quru çıxmaq istədiyini bildirib. Əlavə edib ki, A.Simonyan sosial şəbəkələrdə daim kobud ifadələrlə çıxış edib və bu yöndə məşhurlaşıb. Belə bir adamın ali məhkəmədə təmsil olunması yenicə seçilmiş ABŞ prezidenti Trampın "Ermənistanda demokratiya" istəyinə zidd olduğu üçün analoji addım atılması məqsədəuyğun hesab edilib. Vəkilin özünün də buna razılaşdığını vurğulayan müxbir sonda əlavə edib ki, hakim partiya yeni manevrlər etməklə Qərbin etimadını qazanmağa çalışır.

N.Qaramanlı

Oxşar xəbərlər