- “Hərbi mənbələrdən aldığımız məlumata görə, erməni hərbçinin yaralanması Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi kimi Yuxara Şorca istiqamətində deyil, Qubadlı rayonu ilə sərhədə yaxın yaşayış məntəqəsində baş verib”. "Ölkə.az" xəbər verir ki, bu barədə “Caliber" yazıb.
“Həmin istiqamətdə heç bir döyüş hadisəsi qeydə alınmayıb. Açığı, düşmən siyasi manipulyasiya məqsədilə itkini “döyüş” itkisi kimi təqdim etməyə çalışır, halbuki reallıqda erməni əsgəri erməni minası ilə partladılıb”, - deyə sayt yazıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ