20.04.2025, 06:16
AZ EN
01.08.2023, 14:00 269

Tonoyan: ordu yaxşı silahlanmamışdı, hərbi ehtiyat zəif idi

XƏBƏRLƏR
  • 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin ehtiyatı zəif idi və ordu müasir döyüş əməliyyatları aparmaq üçün kifayət qədər silahlandırılmamışdı. Bunu ölkənin sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində bu gün keçirilən iclasında izahat verən zaman deyib.

Onun sözlərinə görə, nazirlik öz tədbirlər proqramında əlavə ştatların açılmasına ehtiyac olduğunu 2018 və 2019-cu ildə iki dəfə qeyd edib: “Ermənistan ordusu müasir müharibə aparmaq üçün kifayət qədər silahlandırılmamışdı. Ehtiyatda olan hərbçilərlə aparılan işin səviyyəsi qənaətbəxş deyildi. Mən artıq bu barədə ictimaiyyətə danışmışam. Biz heç vaxt səfərbərliyə cəlb olunan hərbçiləri silah, hərbi texnika və təchizatla tam təmin edə bilməmişik”, - Tonoyan bildirib.

Sabiq nazir onu da deyib ki, peşəkar ordu formalaşdıran ölkələr üçün ehtiyatda olan hərbçilərin cəlb edilməsi çox vacibdir.

Qeyd edək ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın iclasında iştirakına icazə verib və sabiq nazir cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gedib. İclas bu gün və sabah davam edəcək.

Xatırladaq ki, Ermənistanın hökumətinin başçısı Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Komissiyanın əvvəlki iclaslarına sabiq XİN rəhbəri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq və hazırkı rəisləri - Onik Qasparyanla Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub. (APA)

Oxşar xəbərlər