22.11.2024, 09:55
AZ EN
20.07.2023, 09:50 313

Sadə ermənilər Ağdam-Əsgəran yolunun açılmasını istəyir

XƏBƏRLƏR
  • Ağdam-Əsgəran-Xankəndi yolunun açılması barədə təklifləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında Qarabağ bölgəsində yaşayan ermənilər arasında da dəstəkləyənlər var.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, bu yolun açılması bölgəyə gündəlik tələbat malları - ərzaq, dərman və digər zəruri məhsulların çatdırılması üçün çox münasibdir.

Qəzet yazır ki, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində gediş-gəlişin məhdudlaşdırılmasından sonra yaranmış çətin vəziyyəti Ağdam-Əsgəran-Xankəndi yolunun açılması ilə nizamlamaq mümkündür: “Hazırkı çətin vəziyyətə baxmayaraq,  Azərbaycanın humanitar dəstək kimi “uzatdığı əl” heç bir halda “Artsax” (separatçılar Qarabağ bölgəsini belə adlandırır) əhalisi qəbuledilməzdir. Halbuki Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə ticarət imkanları çox genişdir. Amma bu təklif “artsaxlılar” üçün qəbuledilməzdir. Ağdama gedən yolun beton maneələrlə bağlamaq aksiyasının səbəbi də bu idi. Bəziləri isə yolun beton bloklarla bağlanması ilə razı deyil və Ağdam-Əsgəran-Xankəndi yolu ilə bölgəyə ərzaq, dərman çatdırılmasının, hətta alış-veriş edilməsinin tərəfdarı çoxdur. Lakin siyasi qüvvələr bu imkanları dəyərləndirməyə, çətin vəziyyətdə olan əhalinin güzəranını yaxşılaşdıra biləcək addımların atılmasına razı deyil”.

Yazıda separatçı liderlərin bölgədə yaşayan sadə erməniləri özlərinin siyasi girovuna çevirdiyini də ehyam vurulur: “Siyasi rəhbərlik beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan hökumətinin humanitar dəstək təşəbbüslərini qəbul etmək niyyətində deyil və Bakıdan gələn təkliflərin hamısına demək olar ki, “yox” deyilir. Amma Artsaxda elə siyasi qüvvələr var ki, hakimiyyəti Bakıdan gələn təklifi qəbul etməyə inandırmağa çalışırlar. Onlar istəyir ki, əhali aclıqdan, ümidsizlikdən ölməsin və gələcəkdə “Artsax”ı tərk etməsin”.

“Hraparak” yazır ki, Ağdam-Əsgəran-Xankəndi yolunun humanitar dəhliz kimi istifadə olunması, habelə Azərbaycandan gələn bu cür təklif və təşəbbüsləri dəstəkləyən siyasi qüvvələrdən biri Samvel Babayanın rəhbəri olduğu “Vahid Vətən” partiyasıdır.
“Babayan kimi düşünən qüvvələrin fikrincə, “Artsax” (Qarasbağ) əhalisinin Azərbaycana inteqrasiyası hazırkı çətin və mürəkkəb vəziyyətdən daha az təhlükəlidir. Öna görə də bəzi siyasi qüvvələr bu təşəbbüslərdən yararlanmağın tərəfdarıdır” – deyə, “Hraparak”da dərc olunan məqalədə bildirilir.

Xatırladaq ki, Xocalı rayonunun Əskəran qəsəbəsində yaşayan erməni əsilli sakinlərin bir qrupu iki gün əvvəl Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunu beton bloklarla bağlayıb. Onlar Azərbaycan hökumətinin həmin yolun humanitar dəhliz kimi gediş-gəlişə açıq olması barədə təkliflərinə cavab olaraq belə bir addım atdıqlarını söyləyiblər.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR