11.09.2025, 07:23
AZ EN
20.06.2023, 15:41 213

Separatçı Araik Harutyunyan istintaqa çağırılacaq

XƏBƏRLƏR

Ermənistan parlamentinin 44  günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının sədri Andranik Koçaryan jurnalistlərlə söhbət zamanı deyib ki, Xankəndidəki separatçı rejimin rəhbəri Araik Harutyunyan sözügedən komissiyaya ifadə vermək üçün çağırılacaq. O, xatırladıb ki, bu gün baş nazir Nikol Paşinyan 2020-ci il noyabrın 9-da müharibənin dayandırılması barədə təfsilatlı məlumat verib və bundan sonra Araikin də suallara cavab verməsinə zərurət yaranıb. Xatırladaq ki, N.Paşinyan öz çıxışında Araik Harutyunyanla Ermənistan müdafiə nazirliyinin baş qərargahının məlumatlarının bir-birini təkzib etdiyini də açıqlayıb.

N.Qaramanlı

Oxşar xəbərlər