14.03.2025, 22:07
AZ EN
22.06.2023, 15:09 447

Təhlükəsizlik xidməti valideynləri aldadıb

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, 44 günlük müharibədə ölən hərbi qulluqçuların, xüsusilə Eçmiədzində xidməti edən, sonra Qarabağa göndərilən və 2020-ci il oktyabrın 21-dən itkin hesab edilən əsgərlərin valideynləri, qohumları dünən Ermənistan milli təhlükəsizlik xidmətinin binası qarşısında etiraz aksiyası keçirərək sözügedən xidmətin rəhbəri ilə görüşüb bəzi məsələləri aydınlaşdırmaq istəyiblər. Aksiyaçılara bildirilib ki, MTX-nin rəhbəri saat 15-də onları mütləq qəbul edəcək. Lakin həmin saatda onları MTX- nin rəhbəri Armen Avazyan deyil, başqa şəxs qəbul edib və söhbət zamanı heç bir anlaşma baş tutmayıb. Valideynlər isə bunu hakimiyyətin apardığı səriştəsiz siyasətin nəticəsi kimi dəyərləndiriblər.

Nəsib

Oxşar xəbərlər