Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.
Paşinyan qeyd edib ki, cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və digər hallarla əlaqədar açılıb.
“Mən deyə bilmərəm bu cinayət işləri ilə bağlı neçə nəfər təqsirli bilinəcək, təqsirsiz sayılacaq, kimlərin barəsində cinayət işinə xitam veriləcək, kimin işi məhkəməyə göndəriləcək”, - deyə Paşinyan əlavə edib. (APA)