26.04.2024, 06:46
AZ EN
01.06.2023, 13:55 256

Ermənistan müxalifəti süqut edir

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, mayın 28-də İrəvanda "Ana Ermənistan" adında yeni müxalif hərəkatın yaradılması açıqlanıb. Sözügedən hərəkatın əsas tərkibi teatr, kino, musiqi və s. mədəniyyət sahələrinin işçiləridir.

"Hraparak"ın müxbiri Hayk Gevorkyan sözügedən məsələ ilə bağlı parlamentdəki "Hayastan" blokunun üzvü Geğam Nazaryanla söhbət edərkən məlum olub ki, yeni yaradılmış hərəkatda onun 2 həmkarı da təmsil olunub. Adın oxşarlığı isə heç kəsdə narazılıq yaratmayıb.

Deputat deyib ki, 35 ildən çox siyasətlə məşğul olan şəxslər "arsax düyününü" aça bilmədiyi halda dünənəcən siyasətlə deyil, incəsənətlə məşğul olanlar heç nəyə nail ola bilməzlər. Müxalifət partiyaları isə heç vaxt olmadıqları durumdadır və lazımınca dəstəklənmir.

Belə davam edərsə, müxalifətin süqut edəcəyini istisna etməyən müxalif deputat baş nazir Nikol Paşinyanın oğlu Aşotla övladı 44 günlük müharibədə ölən Qayane Hakopyan arasındakı insidentə də münasibət bildirib və deyib ki, hakimiyyət istədiyi kimi hərəkət edərək insanların hüquqlarını müdafiə edənləri məhbus həyatı yaşamağa məcbur edir.

N.Qaramanlı

Oxşar xəbərlər