"Vətən Naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan çağırışı ilə İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinq başlayıb.
“News.am”-a istinadən verilən xəbərə görə, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.
Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub. (APA)