07.02.2025, 16:51
AZ EN
07.02.2025, 13:50 91

Paşinyan Hayastana ziyan vurur

XƏBƏRLƏR
  • Hay politoloq Artak Zakaryan bu fikirdədir. O, " Hraparak"ın bu günkü paylaşımında baş nazir Nikol Paşinyanın ABŞ-a işgüzar səfəri barədə başqalarından fərqli münasibət sərgiləyib. Deyib ki, ABŞ-ın vitse prezidenti Ceyms Dejvid Vens Paşinyanın 7-8 dəfə xahiş etməsindən sonra onu qəbul edib və görüş hər hansı önəm daşımadığına görə bu barədə nə mətbuatda, nə də Vensin özünün sosial səhifəsində məlumat verilməyib.

Paşinyanın ABŞ-a səfərinin də haylar üçün heç bir önəmi daşımadığı qənaətində olan politoloq dövlət büdcəsindən belə səfərlərə xeyli vəsait xərclənməsini korrupsiyanın bir qolu adlandırıb və vurğulayıb ki, hansısa dövlətin rəsmisi ilə şəkil çəkdirib paylaşmaq ölkəyə fayda vermir, əksinə vətəndaşların qınağına səbəb olur.

Xatırladaq ki, Nikol Paşinyan həyat yoldaşı Anna Hakopyan və on nəfərdən çox heyətlə fevralın 3-dən Vaşinqtondadır və  bu gün qayıdacaq.

N.Qaramanlı

Oxşar xəbərlər