İrəvanda yeni yaradılmış radikal "Birlikdə" ictimai-siyasi təşkilatı aprelin 28-də saat 18-də "Azadlıq" (keçmiş Lenin) meydanında mitinq keçirməyi qərara alıb və bununla bağlı əhaliyə müraciət edərək meydana gəlmələrini xahiş edib. Hərəkatın rəhbərlərindən olan Hrant Baqratyan deyib ki, gündəlikdə 2 məsələ var: 1) "arsaxın tanınması", 2) hakimiyyətin istefası.
Xatırladaq ki, bu təşkilat aprelin 14-də də sözügedən məsələ ilə bağlı parlament binasının önündə mitinq keçirmək üçün əhaliyə çağırışlar etmişdi.
Amma "Hraparak"ın yazdığına görə oraya heç 100 nəfər də toplanmamışdır.
Nəsib