20.09.2024, 01:33
AZ EN
17.06.2024, 20:42 180

Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir

XƏBƏRLƏR
  • Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR