Bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir.
Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olub.
Ağdam təmsilçisi Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək. (AZƏRTAC)