Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alıb. “Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi Fransa təmsilçisi PSJ və İngiltərə klubu “Nyukasl” olub.
Püşkatma nəticəsində Ağdam təmsilçisinin pley-off mərhələsində “Nyukasl”la oynayacağı müəyyənləşib. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
Qeyd edək ki, “Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.