08.09.2024, 07:10
AZ EN
24.12.2023, 20:29 180

Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb

XƏBƏRLƏR
  • Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.

İlin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib. (Report)

Oxşar xəbərlər