20.10.2024, 02:31
AZ EN
01.07.2023, 10:18 168

"Qarabağ" bu gün Avstriyada ikinci yoxlama oyununu keçirəcək

XƏBƏRLƏR
  • Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, "köhlən atlar" ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşacaq. "Kössen Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.

Yoxlama oyunu
1 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Legiya" (Polşa)
Avstriya, "Kössen Arena".

Qeyd edək ki, "Qarabağ"ın üçüncü rəqibinin adı hələlik bəlli deyil.

Oxşar xəbərlər