17.06.2025, 21:36
AZ EN
17.06.2025, 17:18 24

Minatəmizləmə Agentliyi bu il işğaldan azad edilmiş ərazilərdə görülən işləri açıqlayıb

XƏBƏRLƏR
  • Minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176 hektar, mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclasında deyib.

O bildirib ki, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxil olmaqla cari il ərzində 27 204 hektar ərazi mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.

Qeyd edək ki, azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib, 1258.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (Trend)

Oxşar xəbərlər