Bu barədə “Russia Today” portalının əldə etdiyi sənədlərdə bildirilir.
Nəql prosesi Gürcüstan vasitəsilə həyata keçiriləcək. Ekspertlər isə indidən bu prosesi ABŞ-nin Ermənistanın hərbi potensialını nəzarət altına alması kimi dəyərləndirilir.
Ermənistan ərazisinə gətiriləcək texnika buradakı “Zar” hərbi bazasında yerləşdiriləcək.
Prosesin iyulun 16-dan avqustun 7-dək həyata keçirilməsi nəzərdə tutulur. Texnikanın yenidən Almaniyaya geri qaytarılması isə 21 avqust – 20 sentyabr tarixləri arasında həyata keçiriləcək.
Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur. (APA)