23.12.2024, 17:18
AZ EN
02.10.2024, 10:20 245

Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb

XƏBƏRLƏR
  • Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir: “İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür”. (Report)

Oxşar xəbərlər