19.06.2025, 02:27
AZ EN
24.10.2024, 10:37 285

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib

XƏBƏRLƏR
  • Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar sahə minalardan təmizlənib.

Bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb:

"Onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb". (Report)

Oxşar xəbərlər