20.04.2025, 10:28
AZ EN
13.01.2024, 11:04 265

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub

XƏBƏRLƏR
  • Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Müvafiq əmrlə hidayət əzimov müavin vəzifəsinə təyinat alıb.

Faktı “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür. (Report)

Oxşar xəbərlər