Cəbrayılda minatəmizləmə işləri zamanı partlayış olub, bir nəfər xəsarət alıb
XƏBƏRLƏR
Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.