Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib.
MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrə dəyən zərər dəqiqləşdirilir.