28.03.2024, 12:18
AZ EN
07.04.2022, 11:00 781

Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək

XƏBƏRLƏR

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün təlimlər keçiriləcək. 

Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən ödənişsiz keçirilən təlimlərin əsas məqsədi vətəndaşların maliyyə savadlılığı üzrə məlumatlılığının artırılmasıdır. Maliyyə savadlılılığının artırılması mövzusunda keçirilən təlim istehlak və ipoteka kreditləri, zaminlik, hökumətin fermerlərə dəstək mexanizmləri, hökumətin kiçik və orta biznesə dəstək mexanizmləri, sığorta sahələrini əhatə edəcək. Təlimlər 15 aprel - 5 may tarixlərində onlayn rejimdə keçiriləcək. 

Qeyd edilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər yuxarıda adıçəkilən mövzular üzrə dəyərli biliklər alacaq və mövzu üzrə onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılacaqdır. 

 

Təlimin adı

Tarix

Saat

Davam etmə müddəti

İstehlak kreditləri

25 aprel 2022

04 may  2022

Saat  10:30 - 12:30

Saat  10:30 - 12:30

2 saat

İpoteka kreditləri

28 aprel 2022

05 may 2022

Saat 14:30 - 16:30

Saat 14:30 - 16:30

2 saat

Zaminlik

26 aprel 2022

05 may 2022

Saat 11:00 - 13:00

Saat 11:00 - 13:00

2 saat

Hökumətin fermerlərə dəstək mexanizmləri

15 aprel 2022

Saat 10:00 - 13:00

3 saat

Hökumətin kiçik və orta biznesə dəstək mexanizmləri

22 aprel 2022

Saat 10:00 - 13:00

3 saat

Sığorta

27 aprel 2022

04 may 2022

Saat 15:00 - 17:00

Saat 15:00 - 17:00

2 saat

 

Təlimlərdə iştirak etmək istəyən məcburi köçkünlər bu link vasitəsi ilə onları maraqlandıran sahə üzrə qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər