19.10.2024, 08:43
AZ EN
05.03.2023, 16:07 113

Zəngibasar mahalı, Kolar kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 10-11 km şimalda yerləşən Kolar kəndi Zəngi çayının sol sahilindədir. Kənddə XVII əsrə qədər təkcə Azərbaycan türkləri yaşamışdır. Həmin əsrin əvvəllərində Çuxur-Səd bəylərbəyi Əmirqunə xan (1605 - 1625) Anadoluya hərbi səfəri zamanı oranın Karin, Muş, Van və s. vilayətlərindən əsir aldığı erməniləri gətirib Çuxur-Səd bəylərbəyliyinin Kolar, Göygümbət, Kavakert, Parakar və Sabat kəndlərində yerləşdirmişdir. Elə o vaxtdan Kolar kəndində ermənilər də yaşamış, sonralar kənd bütünlüklə erməniləşdirilmişdir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin Kelare kəndi, İ.Şopende (1832) Zəngibasar mahalının Qalalı kəndi, 1873-cü il siyahıya alınmasında İrəvan qəzasında Zəngi çayı kənarında Qalalı (Qalalıyey) kəndi 1886-cı ilin statistikasında İrəvan qəzasının Hacı Eylas nahiyəsində iki variantda -Qalalı və Qalaley kəndi kimi qeydə alınmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər