Zəngibasar mahalında, İrəvan-Naxçıvan avtomobil yolunun üstündə, Norakovit arxı kənarında yerləşən Mərəköyut kəndində 15 əsrin ortalarına qədər ancaq Azərbaycan türkləri, həmin vaxtdan etibarən həm də Türkiyədən gətirilmə ermənilər, 1828-ci ildən sonra isə ancaq ermənilər yaşamışlar. Kəndin adına Noraqovit şəklində 1431-ci ilə aid alqı-satqı sənədində rast gəlinir. Kəndin adı bir də İ.Şopendə (1832) Norakovit şəklində yazılıb. Sonrakı mənbələrdə də Norakovit kimi verilmişdir. Kəndin ilkin adı Mərəköyut olmuş, bu ad mahalın azərbaycanlı əhalisi arasında müasir dövrümüzdə qədər qorunub saxlanılmışdır. Norakovit adı Mərəköyut adının erməniləşdirilmiş formasıdır və "Yeni oba", "Yeni kənd" mənasındadır. Norakovit kəndi ilə Təzəkənd arasında bir dəyirman olub. Ətraf kəndlərin camaatı həmin dəyirmana gələrdilər. Dəyirmanı işlədən suyun tərkibində kauçuk olduğu üçün burada üyüdülmüş undan bişirilən çörək də həmin qoxunu verirdi. Ona görə də dəyirmanın adını Qoxulu dəyirman qoymuşdular. Yuxarıda qeyd etdiyimiz kimi kənddə 1728-ci ilə qədər Azərbaycan türkləri yaşamış, o tarixdən sonra erməniləşdirilmişdir.
İsa MUSAYEV