18.10.2024, 10:28
AZ EN
09.12.2023, 16:10 255

Qərbi Azərbaycan, Fərrux kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Fərrux, İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənddir.

Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır.

Tarixçilərin araşdırmalarına görə, Fərrux kəndinin adı həm Fərrux, həm də Fərruk formalarında göstərilir.  Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.

Tarixçi alimlər yazırlar ki, İrəvan xanlığının Dərəçiçək mahalındakı Fərrux kəndində XIX əsrdə ermənilərin sayı çoxalmış və kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır. Kənddən çıxarılan azərbaycanlılar Qarabağın Xocalı rayonuna gələrək Fərrux kəndini salırlar.

Kəndin tarixi ilə bağlı mənbələrdə qeyd edilir ki, kənddə əvvəllər azərbaycanlılar yaşamışdır. Sonra bura ermənilər köçürülmüş və azərbaycanlılar sıxışdırılmışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-müsəlman davası nəticəsində 1906-cı ildə azərbaycanlılar tarixi toraqlarından qovulmuş və kənddə yalnız ermənilər yaşamağa başlamışlar. Burada bir faktı qeyd etmək yerinə düşər.

1828-ci ildə Fərrux kəndinə 156 erməni Türkiyədən köçürülüb Fərrux kəndinə yerləşdirilmişdir. 

Qeyd edək ki, İrəvan xanlığının Dərəçiçək mahalı ərazisindəki Fərrux kənd adı ilə Azərbaycanın rayonundakı Farux kənd adı mənşəcə eynidir və şəxs adı ilə bağlı yaranmışdır. Lakin Xocalı rayonu ərazisində yerləşən Farux toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər var. 1999-cu ildə nəşr olunmuş Azərbaycan toponimləri lüğətində Xocalı rayonunda olan Farux kənd adının Farux şəxs adı ilə bağlı yarandığı göstərilir. Lakin 2007-ci ildə nəşr olunmuş Azərbaycan toponimləri (I cild) kitabında qeyd edilir ki, oykonim 1907 və 1918-ci illərdə fəaliyyət göstərmiş müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası ədalət tərəfdarı) sosial–demokratik qrupun adı ilə bağlı ola bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər