22.06.2025, 14:14
AZ EN
21.05.2023, 16:38 320

Qərbi Azərbaycan, Ucan kəndi

QƏRBİ AZƏRBAYCAN

Ucan kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında yerləşir. Rayon mərkəzindən 14 km cənub-qərbdə olan bu kənd "İrəvan əyalətinin icmal dəftəri"ndə Uçan kimi qeyd edilmişdir. Bu qeyd Qafqazın 5 verstlik xəritəsində də öz əksini tapmışdır. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən - an şəkilçisinin artırılması ilə düzəlib "ucların yaşadığı yer, uclara məxsus kənd" mənasını verir. 1918-ci ilə qədər kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1919-cu ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir.

İsa Musayev

Oxşar xəbərlər