21.11.2024, 18:53
AZ EN
09.12.2022, 08:00 225

Gərnibasar mahalı, Koxt kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın Gərnibasar mahalındakı Ellər rayonuna aid olan Koxt (Goxt) kəndi rayon mərkəzindən 36-38 km cənub-şərqdə, Gərni çayının sağ sahilində yerləşirdi. Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Sonralar kənddə İrandan gələn erməniləri məskunlaşdırmağa çalışmış, lakin camaat onları kəndə buraxmadıqda kəndin yuxarısında Koxt (erməni Koxtu) adlı ikinci bir kənd salınmışdır.

1918-ci ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, yandırılmış, əhalisinin çoxu qətlə yetirilmiş, var-dövlətləri qarət edilmiş, sağ qalanları isə doğma yurdlarından qovulmuşdur.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndin qaçqın sakinlərindən bəziləri geri dönmüş, ev-eşiklərini bərpa etmişdilər. Lakin bu qədim türk kəndinin yenidən dirçəlməsinə razı olmayan respublika rəhbərliyi kəndi ləğv etmiş, qonşu erməni Koxtu ilə birləşdirmişdir. Kəndin toponiminin adı Gox-Goq komponentindən yaranmışdır.

Koxt kəndinin yetirmələri də həm Ermənistanda, həm də Azərbaycanda tanınmış adamlardır. Adil Məmmədov 1973-1989-cu illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Üzüm və Şərabçılıq Komitəsində Meliorasiya idarəsinin rəisi olmuşdur. Nüfuzlu din xadimi Axund Məhəmməd bölgədə böyük hörmət-izzət sahibi olmuşdur. Həsən İbrahimov Koxt kəndində doğulsa da sonralar İrəvan şəhərində yaşamış, müxtəlif vəzifələrdə çalışmışdır.

1988-ci ildə bütün Ermənistanda yaşayan azərbaycanlılar kimi Koxt camaatı da deportasiya olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər