21.11.2024, 16:36
AZ EN
03.11.2023, 17:52 264

Basarkeçər rayonu, Kəsəmən kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Kəsəmən,  İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazi vahidindədir.

Mənbələrdə qeyd olunur ki, Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət, XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır.

Qazaxların Kəsəmən tayfasının adını əks etdirir.

Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.

25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.

Rayon mərkəzindən 10 km (avtomobil yolu ilə 15 km) şimalda, dağ ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim qazax türk tayfasının tirələrindən biri olan kəsəmən etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan tərəfindən kəndin adı dəyişdirilib Bahar, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub.

Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər