22.11.2024, 07:23
AZ EN
22.04.2023, 14:33 212

Qərbi Azərbaycan, Cul kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Cul kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonradan Paşalı (Əzizbəyov, Vayk) rayonuna daxildir.

Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır.

Toponim çul türk etnonimi əsasında yaranmışdır.

Kənddə 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı türk yaşamışdır.

1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı türk yaşamışdır.

SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.

Hazırladı: Sevda Süleymanova

Oxşar xəbərlər

SON XƏBƏRLƏR