Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir.
Kənddə 1897-ci ildə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar sonradan orda yerləşdirilmiş ermənilər tərəfindən sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ