07.07.2025, 07:33
AZ EN
28.08.2023, 17:49 308

Qərbi Azərbaycan, Kefli kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar - Keçər rayonunda, indiki Qızılqoç (Qukasyan) rayonunun Kefli kəndi 1937-ci ilə qədər Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşən kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kanasavar qoyulmuşdur. Bura Qoşabulaq və Qırxbulaq da adlandırılmışdır. Kəndin əsil adı Kavlıdır. Kefli kəndi 1828- 832-ci illərdə Amasiya rayonundakı Kav kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1918-1919-cu illərdə kəndin əhalisi qovulmuş, Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər