Mənbələrdə qeyd olunur ki, kəndin ilk adı ərazidə suyun çox olmasına görə Qızılbulaq adlandırılmışdır. Qızılbulaq adı 1890-1895-ci illərə qədər olmuşdur. Kəndin ikinci adı Çaxırlı sözü Ağalıqlar tayfasından kənd ağası Böyükağanın adı ilə bağlıdır. O, Sankt-Peterbuq şəhərinə Çar II Nikolayın yanına gedərək kəndin adının Çaxırlıya dəyişdirilməsini xaiş etmişdir. Çaxırlı adı 1969-cu ilə qədər olmuşdur.
Kəndin üçüncü adı erməni dilində Sovetkəndi mənasını bildirən Sovetakerd 1988-ci ilin dekabrına qədər olmuşdur.
Ermənilərin Göyçə mahalına, o cümlədən Çaxırlıya axını 1884-cü ildə baş verir. Bir neçə erməni gəlib kənddə məskunlaşsa da, ötən əsrin əvvəllərində onların sayı daha da artmışdır. Belə ki, 1917-1920-ci ildə isə kəndə Türkiyə, Suriya, Livandan gələn 200-dən çox ailə yerləşdirilmişdir.
Göyçə mahalının Çaxırlı kəndində hazırda ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ