Qaraçanta (1935-ci ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Ermənistan SSR Amasiya (Ağbaba) rayonunda kənddir.
Qaraçanta kəndi rayon mərkəzindən 6 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində yerləşir. Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Kəndin əhalisi 1897-ci ildə 440, 1905-ci ildə 665, 1914-cii ildə 729, 1931-ci ildə 692, 1959-cu ildə 803, 1980-ci ildə 1940 nəfər olub. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1500 nəfər olmuşdur.
Hazırda ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ