Cəbrayıl şəhər meydanında və Zəngilanın Ağalı kənd parkında keçirilən yarmarkalarda Cəbrayıl və Zəngilan sakinləri iştirak ediblər. Burada yerli sakinlər tərəfindən hazırlanmış orqanik qidalar, kənd təsərrüfatı məhsulları, əl işləri təqdim olunub.
Yeni il musiqilərinin fonunda əylənən ziyarətçilər üçün soyuq qış havasında isti içkilər və qidalardan dadmaq imkanı yaradılıb. Sakinlər yarmarkanın müxtəlif hissələrində qurulmuş köşklərdə özlərinin hazırladıqları məhsulları satmaq imkanı da əldə ediblər. Ləziz təamların satışı ilə yanaşı, əl işləri və suvenirlərə də böyük maraq olub.
Yüksək əhvali-ruhiyyə ilə keçən yarmarkalar uşaqların sevdikləri rəngarəng nağıl personajları, canlı şoular və musiqili proqramlarla tamamlanıb. (AZƏRTAC)