Bu gün həmin şəxslərdən biri, Zəngilandan olan Baloğlan Mirzəyevdir. O Zəngilanın Ağalı kəndində yaşayır. Elə görkəmindən də döyüçü olduğu bəlli olan Baloğlan Mirzəyev öz həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur. O deyir ki, 21-22 yaşlarında olanda mən hərbidə idim, döyüşürdüm. Füzulidən 35 kilometr ermənini arxasınca gedib Topxana meşəsində erməniləri qırmışıq. 2 düşmən tankını vurmuşam. O, doya-doya yaşaya bilmədiyi gənclik illərindən danışır və deyir ki, erməni silahlılarının üzərinə qışqıra-qışqıra heç bir qorxu bilmədən yeriyərək özünü sanki gülləkeçirməz sanırmış. Bütün bunlara baxmayaraq, nə qədər mübarizə aparsalar da, düşmənin xaricdən aldığıcanlı qüvvə və silah təminatı müharibənin gedişini dəyişib. Nəticədə onlar doğma torpaqlarından didərgin düşərək Bakıya pənah gətirib burada məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Dövlətin diqqət və qayğısı ilə əhatə olunsalar da 30 ilə yaxın doğma torpaq həsrəti çəkiblər.
Sentyabrın 7-si ikinci köçlə gəldik bura, yeddi baş heyvan kəsdim, beş baş erkək, bir baş dna kəsdim, 85 ailəyə payladım. İki erkək də kəsib qonaqlıq verdim.Bu, mənim ürəyimdə qalan arzum idi.
Baloğlan Mirzəyev həyat yoldaşı ilə birgə əkib becərdiyi bağ-bağaı ilə İctimai TV-nin çəkiliş qrupunu həvəslə tanış edir və deyir ki, Ağalıya köçəndən özünü təbiətə həsr edib. İllərdir çəkdiyi həsrətin əvəzini çıxır, doğma torpağın havasını doya-doya ciyərlərinə çəkir.Allah Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun, qazilərimizə cansağlığı versin, döyüşçülərimiz də sağ olsun ki, uzun illərin həsrətinə son qoyaraq bizə bu sevinci bəxş etdilər. Şükür Tanrıya, indi bu kənddə gözəl, göyçək, şəraitimiz var, yaxşı yaşayırıq. İndi elə bilirəm ki, cənnətdəyəm, deyir keçmiş döyüşçü.
İndi bu yerlər də əsirlikdən, işgəncədən qurtulub, bomboz bozaran Vətən torpağı doğma əllərin, isti nəfəsin, sevginin nəticəsində cənnət-məkana çevrilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ