21.11.2024, 22:08
AZ EN
25.07.2022, 09:00 367

Ağalı sakini: Biz neçə illərdir ki, bu günləri gözləyirdik

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu gün çox sevincliyik. Çünki doğma yurdumuza qayıdırıq. Biz neçə illərdir ki, bu günləri gözləyirdik.

Bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Yeganə Əhmədova deyib.

Kənd sakini qeyd edib ki, bu günlər hər bir zəngilanlının həyatında önəmli hadisələrlə yadda qalıb.

"Hisslərimizi ifadə etmək bizim üçün olduqca çətindir. 29 il işğal altında qalan Zəngilan bu gün azaddır. Ordumuz sağ olsun ki, bu günləri bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin",-deyə Yeganə Əhmədova əlavə edib.

Oxşar xəbərlər