24.04.2025, 19:00
AZ EN
27.02.2025, 14:35 233

Vüqar Kərimov: Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Azad edilmiş ərazilərdə yaradılacaq yeni milli parkın ilkin xəritəsi hazırlanıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun rəhbəri Vüqar Kərimov bildirib.

İşçi qrupun Zəngilanda keçirilən iclasında çıxış edən V.Kərimov deyib: “Qarabağ və Şərqi Zəngəzur həm biomüxtəliflik, həm də təbii landşaftın zənginliyi baxımından çox əhəmiyyətli bölgədir. Burada 6 xüsusi mühafizə olunan təbiət ərazisi var. Bir yeni milli parkın yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşük. Həmin milli park Şuşa, Kəlbəcər, Xocalı və Laçının bir hissəsini əhatə edəcək. Aidiyyəti nümayəndəliklər və yerli qurumlarla müzakirə aparmaq üçün ilkin xəritə də hazırlanıb”. (AZƏRTAC)

Oxşar xəbərlər