Sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
Rayon sakinləri şəhid əsgər və zabitlərin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. (Report)