22.11.2024, 08:28
AZ EN
23.09.2023, 20:45 264

BQXK: Laçın yolu ilə Qarabağa 70 ton yardım çatdırılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanıyla Laçın yolu ilə keçib.

BQXK məlumat yayıb.

Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.

BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.

Ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR